Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə qələbə qazanıb.
Bir neçə gün bundan öncə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova prezidentlik vəsiqəsini Putinə təqdim edib.
















