Hazırda Avropada NATO-nun on minlərlə insanın iştirak etdiyi bir sıra birgə təlimləri keçirilir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu kollegiyanın iclasında bildirib.
Nazir qeyd edib ki, Ukrayna Təhlükəsizliyə Yardım Qrupu”nun qərargahı Almaniyada ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Avropa Komandanlığının bazasında yerləşdiriləcək.
“Hazırda NATO-nun bir sıra hərbi təlimləri keçirilir. Rusların gözlənilən təcavüzünü dəf etmək üçün təşkil edilən təlimlərdə 90 minə qədər insan iştirak edir. Alyans Arktikada fəallığı artırmağa çalışır”.
Xatırladaq ki, aprelin 19-da Litvada NATO-nun “Qılıncın zərbəsi” təlimi başlayıb. Təlimlərdə ABŞ, Litva və Almaniyadan olan hərbi qulluqçular iştirak edir.
Günəş Mərd
















