• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Blinken: "Xarici agentlər" qanunu Moskva kitabından köçürülüb

DÜNYA

23 May 2024 | 14:12

Blinken: Xarici agentlər qanunu Moskva kitabından köçürülüb

 "Avropa İttifaqı bu qanunun Gürcüstanın üzvlük prosesinə təsirini nəzərdən keçirir".

Bakıvaxtı.az "InterPress.ge" saytına istinadən xəbər verir ki, bunu Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanda qəbul edilmiş "Xarici agentlər haqqında qanun"dan çox narahatdır.

"Təəssüf ki, qanun birbaşa Moskva kitabından kopyalanıb. Bu, gürcü xalqının Avropa İttifaqına və Avropaya inteqrasiyaya doğru irəliləmək istəyi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu qanunun qəbulu öz nəticələrini verəcək", - deyə ABŞ dövlət katibi bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024