• Bakı 16° C

    2.11 m/s

Şahramanyana “Lexus” bağışladı

DÜNYA

22 Iyun 2024 | 12:04

Şahramanyana “Lexus” bağışladı

Xəbər verdiyimiz kimi, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.

Bakıvaxtı.az-ın “Sputnik Ermənistan”a istinadən məlumatına görə, buna cavab olaraq Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz avtomobilini Samvel Şahramanyana hədiyyə edib. 

Məlumata görə, Qalstanyan iyunun 21-də axşam saatlarında nümayəndəliyə gedərək “Lexus” markalı avtomobilini Şamramanyana verib. Tavuş yeparxiyasının rəhbəri baş verənləri qəbuledilməz adlandırıb. 

Qeyd edilib ki, sözügedən avtomobil daha əvvəllər Qalstanyanın postlara erməni hərbçiləri ziyarətə getməsi üçün hədiyyə edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026