• Bakı 24° C

    5.8 m/s

Zelenski Putinlə danışığa hazır olduğunu bildirib

DÜNYA

22 Iyul 2024 | 11:08

Zelenski Putinlə danışığa hazır olduğunu bildirib

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Ukraynada bu cür danışıqları qadağan edən hazırkı fərmana baxmayaraq, Putinlə dialoqa getməyə razı olduğunu nümayiş etdirib.

“Rusiya ikinci sülh sammitinə dair plan haqqında danışmağa hazırdırsa, o zaman biz tərəfdaşlarımız və Rusiyanın nümayəndələri ilə danışmağa hazır olacağıq”, - deyə Zelenski bildirib.

Eyni zamanda o vurğulayıb ki, Putinin özünün və ya başqasının danışıqlar aparmasının fərqi yoxdur, əsas məsələ sülhə nail olmaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026