ABŞ-nin Nyu-Cersey ştatının ermənipərəst senatoru Bob Menendezin istefası təsdiq edilib.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, münsiflər heyəti senatoru rüşvətalma, qanunsuz gəlirlərin leqallaşdırılması və ictimai vəzifədən sui-istifadə kimi ciddi ittihamlarla təqsirli bilib.
Bu ittihamlar Demokratlar Partiyası üçün də ağır zərbə hesab olunur.
Senator Menendez özünü bu ittihamlara qarşı müdafiə edəcəyini və ədalətli məhkəmə qarşısında təqsirsizliyini sübut edəcəyini bəyan etsə də, bunu bacara bilməyib.
ABŞ Konqresində onun yerinə kimin keçəcəyi və bu hadisənin siyasi müstəvidə necə təsir göstərəcəyi böyük maraq doğurur. Demokratlar üçün vacib olan bu posta yeni namizədin seçilməsi üçün yaxın günlərdə prosesin başlayacağı gözlənilir.
Əli Hüseynov
















