• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Livanla sərhəddə 2 İsrail hərbçisi öldü

DÜNYA

20 Sentyabr 2024 | 09:55

Livanla sərhəddə 2 İsrail hərbçisi öldü

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Hizbullah" partlayıcı maddəylə ilə dolu pilotsuz uçuş aparatı ilə Qərbi Qalileya bölgəsinə zərbə endirib. Hadisə nəticəsində "Baram" briqadasının maddi-texniki təminat rotasına komandanlıq edən mayor ölüb, bir əsgər isə yaralanıb.

Bundan əlavə, bildirilib ki, Livandan atılan iki tank əleyhinə raketin Ramim silsiləsi ərazisində ordu mövqelərinə düşməsi nəticəsində “Qolani” briqadasının 51-ci batalyonundan bir serjant ölüb, daha 8 əsgər isə yaralanıb.

Qeyd edək ki, Yaxın Şərq böhranının yeni dalğasının başlanğıcından bəri ölən İsrail əsgərlərinin sayı artıq 715-ə çatıb, 4,4 mindən çox hərbçi xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026