• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyada 3 uşaq yanğında ÖLDÜ

DÜNYA

20 Oktyabr 2024 | 09:51 | Müəllif: Subhan Mahmudov

Rusiyada 3 uşaq yanğında ÖLDÜ

Rusiyanın Tula vilayətinin Demidovka kəndində fərdi evdə yanğın nəticəsində üç uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.

"Demidovka kəndində fərdi ev yanıb. Yanğınsöndürmə zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8 yaşlı qız, 3 və 4 yaşlı oğlanların meyitlərini aşkar ediblər", - məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı uşaqlar evdə təkbaşına olublar. Yanğının söndürülməsinə 15 mütəxəssis və 6 texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026