• Bakı 28° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Aİ Gürcüstana xüsusi missiya göndərəcək

DÜNYA

19 Noyabr 2024 | 01:00

Aİ Gürcüstana xüsusi missiya göndərəcək

Avropa İttifaqı seçkilərdən sonra vəziyyəti öyrənmək üçün Gürcüstana xüsusi missiya göndərəcək.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz baş verənləri öyrənmək üçün Gürcüstana missiya göndərəcəyik", - deyə Borrell qeyd edib. 

Onun sözlərinə görə, “Avropa İttifaqının Gürcüstan üçün qapısı açıq qalacaq, lakin Gürcüstan hökumətinin qanunun aliliyi və fundamental prinsiplər, o cümlədən Gürcüstanda seçkilərin keçirilməsi yolu ilə bağlı kursu ölkəni Avropa İttifaqına inteqrasiya yolundan çıxarır”.

Avropa diplomatiyasının rəhbəri təsdiqləyib ki, Gürcüstan hökuməti üçün nəzərdə tutulan maliyyə bundan sonra Gürcüstan vətəndaş cəmiyyəti təşkilatlarına ayrılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026