• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistanda hərbi kater bərəyə çırpıldı: 13 nəfər öldü

DÜNYA

18 Dekabr 2024 | 22:16 | Müəllif: Subhan Mahmudov

Hindistanda hərbi kater bərəyə çırpıldı: 13 nəfər öldü

Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus sürətli katerin çərşənbə günü Mumbay yaxınlığında məşhur turistik məkana gedən və 100-dən çox insanı daşıyan bərə ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Dəniz Qüvvələrindən verilən açıqlamada bərədəki 99 sərnişinin xilas edildiyi bildirilib.

Hərbçilər Elefanta adasına gedərkən kater dövrə vuraraq “Nilkamal” bərəsi ilə toqquşub.

Rəsmi açıqlamada qeyd edilib ki, kater mühərrik sınaqlarından keçirilir və toqquşma idarəetmənin itirilməsi nəticəsində baş verib.

Hadisə nəticəsində Hərbi Dəniz Qüvvələrinin 3 hərbçisi də ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026