• Bakı 23° C

    6.99 m/s

Ponasenkov Rusiyada xarici agent kimi tanındı

DÜNYA

20 Oktyabr 2024 | 00:55 | Müəllif: Subhan Mahmudov

Ponasenkov Rusiyada xarici agent kimi tanındı

Rusiyalı publisist, aparıcı Yevgeni Ponasenkov ölkəsində xarici agent kimi tanınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Ponasenkovun fəaliyyətində aparılan plandankənar auditin nəticələrinə əsasən, xarici təsirin müxtəlif formaları müəyyən edilib. 2022-ci il aprelin 15-dən 2023-cü il aprelin 14-dək olan müddətdə o, dəfələrlə Rusiyanın hüdudlarından kənara, əsasən İtaliyaya səfər edib və Rusiya əleyhinə materiallar hazırlayıb.

Bundan əlavə, bildirilib ki, Ponasenkov öz videolarında dəfələrlə Rusiyanı AB ölkələrinin hökumət sisteminə uyğunlaşdırmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026