Amerika Birləşmiş Ştatları Rusiya neftinə qarşı sanksiyaları gücləndirməyi və onun satışından Rusiyanın gəlirlərini azaltmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Karnegi Fondunda çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinq bildirib.
"Biz həm kölgə donanması, həm də Rusiyanın bazara çıxarmasına icazə verilən neftin həcmi baxımından daha sərt rejimdən danışa biləcəyimiz bir nöqtəyə yaxınlaşırıq",- deyə Sinq qeyd edib.
Rəsmi nəzərə çatdırıb ki, Vaşinqton Moskvanın neft gəlirlərini qısa müddətdə altı aydan üç ilə qədər azaltmaq niyyətindədir.
Mina Mikayılova
















