• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Harris üç qərarsız ştatda Trampı qabaqlayır

DÜNYA

20 Oktyabr 2024 | 00:48 | Müəllif: Subhan Mahmudov

Harris üç qərarsız ştatda Trampı qabaqlayır

ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, üç qərarsız ştatda seçici dəstəyi səviyyəsinə görə respublikaçılardan olan rəqibi Donald Trampı qabaqlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Newsweek” jurnalında dərc edilmiş “Bullfinch Group” sorğusunun nəticələrindən bəlli olub.

Məlumata əsasən, Harrisin ən böyük üstünlüyü Miçiqan ştatındadır, burada sorğuda iştirak edənlərin 53 faizi onu dəstəkləyir, Trampa isə respondentlərin 45 faizi güvənir.

Digər iki ştatda – Viskonsin və Pensilvaniyada iki namizəd arasındakı fərq xəta payı çərçivəsindədir. Viskonsində Harris Trampı üç faiz bəndi (f.b.), Pensilvaniyada isə bir f.b. qabaqlayır.

Qeyd olunub ki, sorğu üç ştatın sakinləri arasında 11-17 oktyabr tarixlərində keçirilib və ona 1,8 min nəfər qatılıb. Tədqiqatın xəta payı 4 f.b. təşkil edir.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026