• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden nüvə strategiyasını təsdiqləyibmiş - bu vaxtda...

DÜNYA

21 Avqust 2024 | 09:19 | Müəllif: Əli Hüseynov

Bayden nüvə strategiyasını təsdiqləyibmiş - bu vaxtda...

ABŞ prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp daha əvvəl etiraf etmişdi ki, Çin hazırkı inkişafla nüvə arsenalının həcminə görə ABŞ-ni keçəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026