• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Robert Habek: Ukraynaya dəstəyimiz DAVAM EDƏCƏK

DÜNYA

21 Avqust 2024 | 09:09 | Müəllif: Əli Hüseynov

Robert Habek: Ukraynaya dəstəyimiz DAVAM EDƏCƏK

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi üzrə vitse-kansleri Robert Habek Ukraynaya yardımın heç bir şərt olmadan veriləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu mövqeyini Funke media qrupuna müsahibəsində bildirib.

"İlk növbədə, açıq şəkildə bildirmək istəyirəm və bütün Almaniya hökuməti adından demək istəyirəm ki, bizim sözümüz qüvvədə qalır: Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək", - deyə Habek bildirib.

O həmçinin G7 ölkələrində Ukraynanın ehtiyacı olan hər şeyin olduğunu, Ukraynanın gələcəkdə təcili ehtiyac duyulan silah sistemlərini ala biləcək maddi vəsaiti də əldə edəcəyini bildirib.

Onun sözlərinə görə, maliyyələşdirmə kredit vasitəsilə həyata keçiriləcək və bu, dondurulmuş Rusiya aktivlərindən əldə edilən faiz gəlirləri hesabına ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026