• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ermənipərəst senatoru o əvəzləyəcək - FOTO

DÜNYA

21 Avqust 2024 | 10:01

Ermənipərəst senatoru o əvəzləyəcək - FOTO

Amerikalı ermənipərəst senator Bob Menendezin senat vəzifəsi başa çatıb.

Bakıvaxtı.az “Associated Press”ə istinadən xəbər verir ki, 5 noyabr seçkilərinin nəticələri elan olunana qədər onu Nyu-Cersi senatoru ofisində Corc Helmi əvəzləyəcək.

Qeyd edək ki, Menendez cinayət məsuliyyətinə cəlb olunduğu üçün ötən ay istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoru Fil Merfiyə təqdim edib. Onun Senatı avqustun 20-də tərk edəcəyi deyilirdi.

Xatırladaq ki, iyulun 17-də ABŞ-də Andlılar məhkəməsi Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib. Ümumilikdə 16 ittiham üzrə Menendesi 222 ilə qədər həbs cəzası gözləyə bilər.

Fotoda Corc Helmi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026