İsrail Qəzza zolağında daha əvvəl təhlükəsiz elan etdiyi bölgədə əməliyyat aparılacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial mediada məlumat verib.
Məlumata görə, Xan Yunus şəhərinin şərqində Qəzzanın daha əvvəl təhlükəsiz bölgə elan etdiyi bəzi yerlərdə əməliyyat aparılacağı bildirilib və sakinlərin ərazini boşaltması tələb edilib.
Fələstinlilərdən dərhal Əl-Məvasiyə getmələri istənilib.
Mina Mikayılova














