Ukrayna Prezidenti Volodimir Zelenski Co Baydenin namizədliyini geri çəkməsi ilə bağlı açıqlama verib.
Bakvaxtı.az xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edən Zelenski Baydenə təşəkkür edib:
"Ukraynanın mübarizəsində dəstəyini əsirgəməyən Co Baydenə sarsılmaz dəstəyi üçün sonsuz təşəkkür edirəm",- o, bildirib.
Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfinə böyük dəstək göstərib.
Əli Hüseynov














