• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Almaniya Trampın geri dönüşündən narahatdır

DÜNYA

22 Iyul 2024 | 11:08 | Müəllif: Gülşən Şərif

Almaniya Trampın geri dönüşündən narahatdır

Almaniya Xarici İşlər Nazirliyi Trampın Ağ Evə qayıtmasına hazırlıq üçün qrup yaradıb.

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəsmiləri keçmiş prezident Donald Trampın Ağ Evə qayıtması ilə bağlı ssenariyə hazırlamaq üçün qeyri-rəsmi qrup yaradıblar.

Qrupun iddiasına görə, Trampın geri dönüşü Almaniya və onun mövqeyi üçün gözlənilməz nəticələrə səbəb ola bilər.

Trampın ABŞ-də hakimiyyətə gəlməsi uzun müddətdir ki, "ağılsız" hesab edilirdi. Lakin son vaxtlar bu perspektiv getdikcə daha çox ehtimal olunmağa başlayıb. Ona görə də keçmiş Amerika prezidentinin Ağ Evə qayıdışı Berlində narahatlıq doğurur. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR