• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Anasının cəsədini 5 il evdə gizlətdi

DÜNYA

22 Iyul 2024 | 11:21

Anasının cəsədini 5 il evdə gizlətdi

Yaponiyada oğul anasının cəsədini 5 il evdə gizlədib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Yaponiyanın Osaka şəhərində ölən anasının meyitini 5 il evdə gizlədən 60 yaşlı kişi həbs edilib.

Belə ki, evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Katsunori Onada, anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.

Polis həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara bildirmədiyini ehtimal edir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026