• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Almaniya çoxmillətli inteqrasiya təlimində iştirak edib

DÜNYA

22 Iyun 2024 | 13:05

Almaniya çoxmillətli inteqrasiya təlimində iştirak edib

Almaniya Hərbi Hava Qüvvələri “Pacific Skies 24” çoxmillətli inteqrasiya təlimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyininməlumat yayıb.

Məlumata görə, Almaniyanın “Tornado” təyyarəsinin ekipajları dəqiq təlim bombaları atmaq üzrə məşq ediblər. 

Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlimlər zamanı lazer yönləndirmə sisteminə malik GBU-54 dəqiqlikli bombaların istifadəsi sınaqdan keçirilib.

Agentlik əlavə edib ki, “Pacific Skies 24” təlimində iştirakının bir hissəsi olaraq Almaniya Hərbi Hava Qüvvələri təyyarələri Avropadan çox uzaqlara aparır.

Avqustun ortalarına qədər 30-dan çox döyüş təyyarəsi, helikopter, eləcə də nəqliyyat və tanker təyyarələri beş ayrı manevrdə yerləşdiriləcək.

Qeyd edək ki, "Arctic Defender" təliminin Alyaskada , Nippon Skies manevrlərinin isə Yaponiyada baş  tutacağı gözlənilir .

Öz növbəsində "Pitch Black" təlimi Avstraliyada , Tarang Shakti 1 isə  Hindistanda keçiriləcək.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026