• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aİ toplantısı - gündəm Rusiya və Yaxın Şərq məsələsidir

DÜNYA

22 Iyul 2024 | 12:15 | Müəllif: Əli Hüseynov

Aİ toplantısı - gündəm Rusiya və Yaxın Şərq məsələsidir

Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri Ukrayna və Yaxın Şərqdəki son vəziyyəti müzakirə etmək üçün Brüsseldə bir araya gəlir.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, qurumun Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, görüşdə Ukraynada davam edən müharibənin son vəziyyəti barədə müzakirələr aparılacaq.

Həmçinin, son hadisələrin fonunda Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.

Bundan savayı, iclasda danışılacaq mövzular arasında Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya və Rusiyaya səfərinin olacağı gözlənilir.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR