Perm koloniyasında məhbuslar iğtişaş törədiblər.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Perm vilayətinin Çusovski rayonunda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar koloniyanın daxilindəki avadanlıqların bir hissəsini sındırıblar.
“Məhkumlar rabitəni kəsən tıxacları qırıblar. Digər məlumata görə, videokameralar və qıfıllar da sındırılıb”, - qrup administratoru qeyd edib.
Bildirilib ki, hadisə yerinə çevik qüvvələr cəlb olunub və nəticədə tətil iştirakçıları cəza kamerasına salınıb.
Mina Mikayılova
















