Uzun müddət ərzində ilk rus donuz əti Çinə çatdırılıb.
Bakıvaxtı.az bu barədə Çinin statistik məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, bu ilin aprel-may aylarında Çinə son 16 ildə ilk dəfə 677 min dollar dəyərində rus donuz əti göndərib.
Agentliyin məlumatına görə, Rusiya Federasiyasından donuz ətinin tədarükü aprel ayından başlayıb, lakin bütün ay ərzində dəyəri cəmi 953 dollar təşkil edib.
Bununla belə, may ayında Rusiya idxalı artıb və artıq 676 min dolları keçib.
Mina Mikayılova















