• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"Tesla" Şanxayda enerji saxlama batareyaları istehsal edəcək

DÜNYA

23 May 2024 | 13:54

Tesla Şanxayda enerji saxlama batareyaları istehsal edəcək

"Megapack" kimi tanınan enerji saxlama batareyalarının istehsalı üçün Şanxayda meqa fabrikin təməli qoyulub.

Bakıvaxtı.az "Sinxua" saytına istinadən xəbər verir ki, bu barədə "Tesla" şirkəti məlumat yayıb.

Bildirilib ki, yeni fabrikə 1,45 milyard yuan (təxminən 203,94 milyon ABŞ dolları) məbləğində investisiya yatırılıb. Fabrik 200 min kvadratmetr ərazini əhatə edəcək.

Yeni fabrik "Tesla"nın ABŞ hüdudlarından kənarda inşa etdiyi fabriklər arasında birinci olacaq. 

Layihə çərçivəsində Çində istehsal olunan genişmiqyaslı enerji saxlama batareyalarının qlobal bazara çıxarılması gözlənilir. 

Analitiklərə görə, layihə "Tesla"nın Çinə investisiya qoymaq əzmini nümayiş etdirir. Eyni zamanda ABŞ siyasətçilərinin Çinlə münasibətləri azaltmaq ritorikasına meydan oxuyur. 

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

15 Iyun 2024