• Bakı 29° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Qarabağdan gedən etirazçı ermənilərə XƏBƏRDARLIQ: Güzəştlərdən...

DÜNYA

23 May 2024 | 12:40

Qarabağdan gedən etirazçı ermənilərə XƏBƏRDARLIQ: Güzəştlərdən...

Ermənistanda mövcud hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak edən Dağlıq Qarabağdan gedən ermənilər  güzəştlərdən məhrum edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

“Ermənistanın keçmiş liderləri başqa ölkələrlə əlaqəsi olanlarla “pis” davranırdılar. Bu adamlar ya həbsxanaya düşdülər, ya öldülər, ya da mallarını itirdilər. İndi də sizə deyirəm: əgər siz tədbirləri bilməsəniz və Ermənistanın inkişafına mane olsanız, sizə qarşı da eyni vasitələrdən istifadə olunacaq”.

Öz növbəsində parlamentin “Ermənistan” fraksiyasının rəhbəri Sukiasyanın sözlərinə hüquqi qiymət verilməsi təşəbbüsü ilə çıxış edəcəyinə söz verib.

Onun sözlərinə görə, bu cür sözlər təhlükə yaradır və ölkənin Cinayət Məcəlləsinin maddələrinin elementlərini ehtiva edir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Iyun 2024