• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

HƏMAS bütün təşəbbüslərə açıq olduqlarını bildirib

DÜNYA

22 Iyun 2024 | 09:23

HƏMAS bütün təşəbbüslərə açıq olduqlarını bildirib

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzzada müharibəni dayandıracaq və təşkilatın tələblərinə cavab verəcək bütün təşəbbüslərə açıq olduqlarını deyib.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsmayıl haniyə Livanın paytaxtı Beyrutda Strateji Düşüncə Forumunun təşkil etdiyi və İsrailin Qəzzada müharibəsi ilə bağlı ssenarilərin müzakirə olunduğu simpoziumda çıxış edib.

    HƏMAS-ın "hücumların tamamilə dayandırılması, İsrail ordusunun geri çəkilməsi, Qəzzanın yenidən qurulması, əsirlərin dəyişdirilməsi və Qəzza xalqına yardımların göstərilməsi" kimi tələblərinin olduğunu xatırladan Haniyə bu şərtlər çərçivəsində bütün təşəbbüslərə açıq olduqlarını deyib.

    Haniyə mayın 6-da Qətər və Misir tərəflərinin təqdim edilən atəşkəs təklifini bəyəndiklərini, lakin İsrailin atəşkəs təklifində müqavimət qüvvələrinin tələblərinin mahiyyətinə təsir edəcək dəyişikliklərin edilməsini istədiyini bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026