• Bakı 24° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Baydenin qərarı ilə bağlı Rusiyadan İLK AÇIQLAMA

DÜNYA

21 Iyul 2024 | 22:27

Baydenin qərarı ilə bağlı Rusiyadan İLK AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, Zaxarova "Telegram" kanalında stehza ilə yazıb ki, Bayden tam olaraq hara getdiyini dəqiqləşdirməyib.

“Cozef Bayden prezidentlik yarışından çəkildiyini açıqladı. Amma o, dəqiq hara çəkildiyini əlavə etməyib”, deyə Zaxarova yazıb.

O, həmçinin yazıb ki, Baydenin seçki yarışını tərk etməsi ilə bağlı yazılı bəyanatından sonra atılacaq növbəti addım onun psixi vəziyyəti ilə bağlı işlərin əsl vəziyyətini gizlədən, ictimai rəyi manipulyasiya edən və onunla birgə oynayan Amerika mediası və siyasi partiyalardan birinin araşdırılması olmalıdır. 


SON XƏBƏRLƏR

03 Iyul 2025