• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Hakimiyyətə qayıtmaq arzum yoxdur - Serj Sarkisyan

DÜNYA

23 May 2024 | 14:48

Hakimiyyətə qayıtmaq arzum yoxdur - Serj Sarkisyan

“Əgər onlar əvvəlki rəhbərliyin hakimiyyətə gəlməsindən qorxurlarsa, qoy qorxularını soyuq su içməklə ölçsünlər”.

Bakıvaxtı..az xəbər verir ki, bunu Paşinyan hakimiyyəti barədə danışan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində deyib.

Eks-prezident bildirib ki, onun yenidən hakimiyyətə qayıtmaq arzusu yoxdur.

Etiraz hərəkatına gəlincə, Serj Sarkisyan qeyd edib ki, onun rəhbərlik etdiyi siyasi qüvvə arxiyepiskop Baqrat Qalstanyanın təklif etdiyi namizədi dəstəkləyəcək.

"İnanıram ki, hərəkat geniş vüsət alacaq və bütün imkanlardan düzgün istifadə etməklə uğur əldə etmək mümkün olacaq", - Serj Sarkisyan bildirib.

Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib.

O, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək Ermənistan Respublikasının prezidenti olub.


SON XƏBƏRLƏR

15 Iyun 2024