• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Gələn ay "Planet paradı" baş tutacaq

DÜNYA

23 May 2024 | 14:23

Gələn ay Planet paradı baş tutacaq

3 iyun tarixində Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun tək bir xəttdə parlayacaq. 

Bakıvaxtı.az "Astronomy Magazine" saytına istinadən bildirir ki, nadir səma hadisəsi Şimal yarımkürəsində günəş doğmadan əvvəl görünəcək.

"Planet paradı" nadir astronomik hadisə hesab olunur. Parad zamanı səmada bir neçə planet bir-birinə yaxın görünür. Planetlər düz xətt təşkil etməsələr də, heyrətamiz vizual mənzərə yaratmaq üçün kifayət qədər yaxın olurlar.

Bu nadir hadisəni görmək üçün Günəş doğmadan təxminən 20 dəqiqə əvvəl şərq üfüqünü seyr etmək lazımdır. 

Yupiter: Bu düzülüşdəki planetlərin ən parlağıdır və aydın şəkildə gözlə görülə bilər.

Merkuri: Üfüqün altında olduğu üçün aydın şəkildə görmək mümkün ola bilər.

Mars və Saturn: Hər ikisi asanlıqla fərqlənəcək.

Uran və Neptun: Bu planetlər daha zəifdir və aydın görmək üçün durbin və ya teleskop tələb olunur. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024