• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Yüzlərlə təyyarədə partlamağa səbəb ola biləcək problem

DÜNYA

23 May 2024 | 14:39

Yüzlərlə təyyarədə partlamağa səbəb ola biləcək problem

Yüzlərlə "Boeing" təyyarəsində səmada partlamağa səbəb ola biləcək problem aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd olunur ki, təxminən 300 təyyarənin, o cümlədən United və American Airlines təyyarələrinin potensial risk altında olduğu dəqiqləşdirilir.

Bildirilib ki, problem "Boeing 777"lərin yanacaq çənlərinin yanmağa və partlamasına səbəb ola biləcək elektrik problemindən qaynaqlanır.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəsmiləri hələ mart ayında bu problemə diqqət çəkib və “Boeing”dən mayın 9-dək cavab verməsini tələb ediblər. Bununla belə, şirkətin bunu edib-etmədiyi bəlli deyil.

FAA-nın hesablamalarına görə, bu seriyanın bütün 292 təyyarəsindəki nasazlığın aradan qaldırılması şirkətə 698 min dollara başa gələcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Iyun 2024