• Bakı 26° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Kolumbiya Fələstində səfirlik açacaq

DÜNYA

23 May 2024 | 13:30

Kolumbiya Fələstində səfirlik açacaq

Kolumbiya Prezidenti Qustavo Petro Fələstinin Ramallah şəhərində səfirliyin açılmasına göstəriş verib.

Bakıvaxtı.az "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Luis Gilberto Murillo jurnalistlərə bildirib.

Murillo əlavə edib ki, tezliklə daha çox ölkə Birləşmiş Millətlər Təşkilatı qarşısında Fələstin dövlətinin tanınmasını dəstəkləməyə başlayacaq.

Xatırladaq ki, Kolumbiya mayın əvvəlində Təl-Əvivdən səfirini geri çağırıb və ölkə prezidenti deyib ki, Qəzzadakı müharibəyə görə İsraillə diplomatik əlaqələri kəsir. Səfirlik mayın 3-də bağlanıb.


SON XƏBƏRLƏR

15 Iyun 2024