• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ermənistan limanlardan istifadə etmək üçün Gürcüstandan xahiş etdi

DÜNYA

12 Avqust 2022 | 23:44

Ermənistan limanlardan istifadə etmək üçün Gürcüstandan xahiş etdi

Ermənistan hökuməti Gürcüstandan ərzaq və tez xarab olan və zəruri məhsullar baxımından Ermənistanın tranzit yüklərini daşıyacaq Lars sərhəd keçid məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatına baxmağı xahiş edib.

Bakıvaxtı.az Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, Dəniz Nəqliyyatı Agentliyi Ermənistanla bağlı bəyanat yayıb.

“Gürcüstanın tranzit dəhlizi həddindən artıq yüklənmə rejimində işləməkdə davam edir. Müvafiq dövlət qurumlarının fasiləsiz, 24 saat işləməsinə baxmayaraq, yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşir.

Ermənistan və Rusiya arasında Zemo Lars sərhəd-keçid məntəqəsi tıxac səbəbindən tranzit yüklərin emalının tez-tez bir neçə həftə gecikdirildiyi yeganə birləşdirici quru məntəqəsidir ki, bu da tez xarab olan məhsulların satışı ilə bağlı Ermənistan üçün əhəmiyyətli problemlər yaradır. 

Bu problemlərə əsaslanaraq, Ermənistan Gürcüstandan Lars sərhəd keçidinə alternativ olaraq dəniz nəqliyyatını nəzərdən keçirməyi xahiş edib.


SON XƏBƏRLƏR