• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məşhur yazıçı vəfat edib

DÜNYA

11 Sentyabr 2022 | 23:02

Məşhur yazıçı vəfat edib

Məşhur ispan yazıçısı Xavyer Marias vəfat edib.

Bakıvaxtı.az "Guardian"a istinadən xəbər verir ki, pnevmoniyadan əziyyət çəkən yazıçı bu gün Madriddəki evində vəfat edib.

Nobel mükafatına namizəd olmuş yazıçı ilk romanını - "Canavar dominyonlar"ı yazanda 17 yaşı var idi.

1986-cı ildə “Sentimental adam”ı, 1988-ci ildə hadisələrin Oksford Universitetində baş verdiyi “Bütün ruhlar”ı, 1992-ci ildə “Bəyaz qəlb” adlı əsərini yazıb. 1994-cü ildə çap olunan romanı olan “Sabahkı döyüşdə özünü düşün” ilə Venesuelanın “Romulo Gallegos” mükafatına layiq görülüb.

Marias həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Nobakov, Şekspir, Folkner kimi məşhur imzaları ispan dilinə çevirən yazıçının 1986-cı ildən bəri yazdığı romanların hamısının qəhrəmanı tərcüməçilər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026