• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

NATO nüvə təlimləri keçirəcək

DÜNYA

11 Oktyabr 2022 | 18:51 | Müəllif: Subhan Mahmudov

NATO nüvə təlimləri keçirəcək

NATO nüvə çəkindirməsi üzrə uzun müddət öncə planlaşdırılan təlimlər keçirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin oktyabrın 12-13-də Brüsseldə keçiriləcək görüşü ərəfəsindəki mətbuat konfransında deyib.

O, bildirib ki, Ukraynadakı münaqişə səbəbindən təlimlər ləğv edilməyəcək.

“Bunlar çoxdan planlaşdırılan təlimlərdir. Əslində onlar hələ Ukraynanın işğalından əvvəl planlaşdırılıb. Bunlar standart təlimlərdir və bizim nüvə çəkindirmə tədbirlərimizin təhlükəsiz, etibarlı və effektiv olmasını yoxlamaq məqsədi daşıyır. Düşünürəm ki, biz müntəzəm, çoxdan planlaşdırılan bu təlimləri indi qəfil ləğv etsəydik, bu, çox yanlış mesaj olardı”, - Stoltenberq qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR