İran hipersəs ballistik raket istehsal edib.
Bakıvaxtı.az xarivi mətbuata istinadla xəbər verir ki. bunu İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı general Əmir Əli Hacızadə Tehranda jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, istehsal etdikləri raket hava hücumundan müdafiə sistemlərinə tab gətirə biləcək. Hacızadə bunun yeni nəsil raket texnologiyaları sahəsində böyük inkişaf olduğmunu vurğulayıb.
Hipersəs raketlər saatda 6125 kilometr və daha yüksək sürətə çata bilir. Səs sürətindən təxminən 5 qat daha sürətlə hərəkət edə bilən bu raketləri dayandırıb məhv edə biləcək hava hücumundan müdafiə sistemlərinin olmadığı bildirilir.
Aytac Aslan
















