Bolqarıstanda yaşayan və dünyanın ən böyük dodaqlı qadını kimi tanınan 25 yaşlı Andrea İvanova Bratz gəlinciklərə bənzəmək üçün indiyədək 32 əməliyyat keçirib.
Bakıvaxtı.az xəbər verir ki, ümumi əməliyyatların qiyməti təxminən 10 min dollara yaxınlaşan "Instagram" fenomeni həkiminin dodaqları üçün daha çox əməliyyatın ölümcül olacağı xəbərdarlığından sonra özünə yeni hədəf qoyub.
Bolqarıstanın paytaxtı Sofiyada yaşayan gənc qadının estetik çılğınlığı 2018-ci ildə başlayıb. İndiyədək 32 dəfə əməliyyata girən qadın dodaqlarını böyütməyə heç nəyin mane ola bilməyəcəyini bildirib. Lakin Andreanın dodaqları o qədər böyüyüb ki, burun dəliklərini bağlamaq üzrədir.
O, böyük dodaqlarla yeni dünya rekordu istəyir: “Dünyanın ən nazik və uzun çənəsi olan qadın ünvanına sahib olmaq istəyirəm. Dodaqlarımı sevirəm, amma başqa bir rekord istəyirəm. Keçən ay doğum günüm idi və onu çənə dolgusu ilə qeyd etdim".
Yeni məqsədinə çatmaq üçün iki həftədən bir əməliyyat olunduğunu bildirən Andrea aylıq iynələrlə nəhəng dodaqlarını da qorumağa çalışır. Həkiminin ona "həddini aşdığını" dediyini qeyd edən Andrea bu xəbərdarlıqlara da məhəl qoymur: "Həkimlər ölə biləcəyimi deyirlər, amma dayanmayacağam. Çənəmi uzatmaq və itiləmək lazım olduğunu düşündüyüm üçün daha çox şey etməkdə qərarlıyam. Mən bu rekordu o qədər istəyirəm ki, bunun üçün mübarizə aparmağa hazıram”.
Sosial mediada 23 min izləyicisi olan qadın üzünə görə bıçaq altına girməklə yanaşı, sinəsini də böyütdürüb. 32 əməliyyatdan və minlərlə funt-sterlinq xərclədikdən sonra Andrea nəinki özünə inam, həm də "Instagram"da böyük fanat kütləsi qazanıb. Sosial şəbəkələrdə qadının dodaqlarını ələ salan izləyiciləri ilə yanaşı, onu təqdir edən, hətta onu küçədə görəndə şəkil çəkdirmək istəyən pərəstişkarları da var.
Aytac Aslan
Bakı 





