• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xarkovda “Vaqner”ə ölümcül zərbə - İki qrupu məhv edildi, komandiri əsir düşdü

DÜNYA

11 Oktyabr 2022 | 21:36 | Müəllif: Subhan Mahmudov

Xarkovda “Vaqner”ə ölümcül zərbə - İki qrupu məhv edildi, komandiri əsir düşdü

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkov vilayətində Rusiyanın "Vaqner" qüvvələrinin iki diversant qrupunu məhv edib.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Muzdlu diversantların məhv edilməsi əməliyyatı SBU-nun xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Əməliyyatda 4 "Vaqner"çi əsir götürlüb ki, onlardan birinin qruplaşmanın komandiri olduğu bildirilir.

SBU bununla əsir götürülən "Vaqner" üzvlərinin sayının 200-ə çatdığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR