• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İrandan iddia: Səudiyyənin "baş agenti" saxlanıldı

DÜNYA

10 Noyabr 2022 | 21:02 | Müəllif: Subhan Mahmudov

İrandan iddia: Səudiyyənin "baş agenti" saxlanıldı

Səudiyyə Ərəbistanının televiziya kanalının (İran İnternəşnl – red.) "baş agenti" Elham Əfkari İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın ortalarında İranda iğtişaşlar başlayandan bəri Əfkari İranda gəncləri və gənc qadınları iğtişaşlara qoşulmağa təhrik etmək və xalq arasında qorxu yaratmaq məqsədi daşıyan fəaliyyətlərdə iştirak edib.

Onun İrandakı fəaliyyəti uzun müddət İran kəşfiyyat orqanları tərəfindən izlənilib və dəfələrlə əks-inqilabi qüvvələrlə əməkdaşlıq etdiyi və son iğtişaşların liderlərindən biri kimi çıxış etdiyi "sübut edilib".

Qeyd edək ki, "İran İnternəşnl" telekanalı İran tərəfindən qara siyahıya salınıb.(axar)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026