• Bakı 12° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Paytaxtda mitinq keçirilir

DÜNYA

10 Dekabr 2022 | 16:24

Paytaxtda mitinq keçirilir

Banqladeşin paytaxtı Dəkkə şəhərində minlərlə insan ölkənin baş naziri Şeyx Hasinanın siyasətinə qarşı mitinq keçirir.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib və şəhərin girişlərində postlar qurub. Etirazçılar hökumətin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Kanaldan verilən məlumata görə, keçirilən etiraz aksiyasına müxalif Banqladeş Millətçi Partiyası rəhbərlik edir.

"Bizim əsas tələblərimiz Şeyx Hasinanın istefası, parlamentin buraxılması, bitərəf müvəqqəti hökumətin azad və ədalətli seçkilər keçirməsinə şərait yaradılmasıdır", - deyə partiya sözçüsü deyib.

Məlumata görə, mitinqə 200 minə yaxın insan qatılıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR