• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda Rusiya əleyhinə mitinq - 100 nəfər saxlanıldı - YENİLƏNİB

DÜNYA

09 Yanvar 2023 | 00:38 | Müəllif: Subhan Mahmudov

Ermənistanda Rusiya əleyhinə mitinq - 100 nəfər saxlanıldı - YENİLƏNİB

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.

Aksiyaçılar bildiriblər ki, Rusiya sülhməramlılarını “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.

 

***16:04

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilir.

Bakıvaxtı.az “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, Ermənistan Polisi indiyə qədər saxlanılan aksiyaçıların sayını açıqlayıb.
İndiyə qədər 65 aksiya iştirakçısı saxlanılıb.

 

***15:02

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, etirazçılar "Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!", "Ar olsun belə müttəfiqə!", "KTMT-yə yox!" və s. şüarlar səsləndiriblər.

Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026