• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Paşinyan Ərdoğana zəng etdi

DÜNYA

07 Fevral 2023 | 21:54 | Müəllif: Subhan Mahmudov

Paşinyan Ərdoğana zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan dağıdıcı zəlzələdə həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib.

Paşinyan bildirib ki, erməni xilasedicilərin təyyarəsi İrəvan aeroportunda uçuşa hazırlanır.

Ərdoğan Ermənistan hökumətinin başçısına kömək üçün təşəkkür edib. Türkiyə prezidenti qeyd edib ki, bu addım ikitərəfli dialoqun dərinləşməsi üçün vacib addımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026