ABŞ Prezidenti Co Bayden noyabrın 14-də İndoneziyada "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində çinli həmkarı Si Szinpinlə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.
















