• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır - Rubinyan

DÜNYA

01 Mart 2024 | 16:38

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır - Rubinyan

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, respublikanın ikitərəfli nizamlanma üzrə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülh problemlərinə dair panel müzakirədə deyib.

“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına hazırdır. Əgər Serdar Kılıç (Türkiyənin xüsusi nümayəndəsi) razılaşarsa, biz bunu məhz indi, bu gün elan edə bilərik”, - deyə Ruben Rubinyan bildirib.

Serdar Kılıç isə öz növbəsində ermənistanlı həmkarını gələn həftə İrəvanda görüşməyə və bunu orada “tarixi hadisəyə” çevirməyə çağırıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024