• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edildi

DÜNYA

31 Mart 2024 | 16:11 | Müəllif: Subhan Mahmudov

Casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edildi

Avstriyanın Konstitusiyanın Mühafizəsi və Terrorçuluqla Mübarizə üzrə Federal İdarəsinin (BVT, hazırda fəaliyyətini dayandırıb) keçmiş əməkdaşı Egisto Otto Rusiya üçün casusluqda şübhəli bilinərək həbs edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə ölkə prokurorluğunun mətbuat katibi Nina Bussek məlumat verib.

Otto Vyana prokurorları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və Avstriyanın zərərinə gizli kəşfiyyat xidmətlərindən istifadə ittihamı ilə istintaq altındadır.

Telekanalın qeyd etdiyi kimi, ona qarşı istintaq uzun illərdir ki, davam edir: o, həmçinin BVT zabiti kimi məxfi məlumatları satmaq üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur./ölkə.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026