• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hüquqşünaslar Baydenə qarşı

DÜNYA

30 Aprel 2024 | 12:49

Hüquqşünaslar Baydenə qarşı

ABŞ-də 90-dan çox hüquqşünas prezident Co Bayden administrasiyasını 7 oktyabrdan bəri Qəzzada hücumlarını davam etdirən İsrailə silah ixracını dayandırmağa çağırıb.

Bakıvaxtı.az  xəbərverirki, bubarədə “Politico” məlumat yayıb. 

Məlumata görə, onlar bununla Bayden administrasiyasına bildiriş göndərib.    

Bildirişdə İsrailin hücumları, yardım karvanlarına hücumlar, məktəb və xəstəxanaların bombalanması ilə bağlı pozuntular nəticəsində mülki vətəndaşların itkilərinin çox olması qeyd edilib. Həmçinin İsrail ordusunda xidmət edən ABŞ vətəndaşlarının Amerika qanunlarına əsasən mühakimə oluna biləcəkləri vurğulanıb. 

Xatırladaq ki, fevral ayında ABŞ-də və xaricdə 800-dən çox Amerika rəsmisi Bayden administrasiyasının İsrailin Qəzzaya hücumlarını dəstəkləməsinə qarşı açıq məktub yazmışdı.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026