• Bakı 18° C

    3.01 m/s

Ermənistan-Türkiyə sərhədi 10 günlük açılacaq

DÜNYA

20 Mart 2025 | 13:39

Ermənistan-Türkiyə sərhədi 10 günlük açılacaq

Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacaq.

Bu barədə Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir.

Bu qərarı Ermənistan hökuməti martın 20-də keçirilən iclasda qəbul edib.

“Hökumət sərhəd-keçid məntəqələri ilə bağlı 2011-ci il mayın 12-də qəbul edilmiş qərara dəyişiklik edib. Həmin qərarda “Marqara” keçid məntəqəsinin bağlanması göstərilib. Layihə baş nazirin aparatı tərəfindən hazırlanıb. Onlar qeyd ediblər ki, yeni qərarın qəbulu malların Suriyaya daha tez və daha ucuz çatdırılmasına imkan verəcək”, - məlumatda deyilir.

Sonuncu dəfə bu sərhəd keçidi zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026