• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Ermənistan Ukraynaya çevriləcək” - Şarmazanov

SİYASƏT

23 Fevral 2024 | 10:10

“Ermənistan Ukraynaya çevriləcək” - Şarmazanov

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az “Aysor”a istinadən xəbər verir ki, o, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov söyləyib.

Siyasətçi, həmçinin N. Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: “Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.


SON XƏBƏRLƏR

26 Iyul 2024