• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar davam etdirilir" - Rusiya MN

DÜNYA

20 Dekabr 2022 | 22:58 | Müəllif: Subhan Mahmudov

"Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar davam etdirilir" - Rusiya MN

Rusiya sülhməramlılarının komandanlığı Şuşa-Xankəndi yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.

Şuşa, Ağdərə və Xocəvənd rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb.

Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026