• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan gözlənilməz: Krım Rusiyanın deyil!

DÜNYA

19 Yanvar 2023 | 20:52 | Müəllif: Subhan Mahmudov

İrandan gözlənilməz: Krım Rusiyanın deyil!

Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləcə də Donetsk və Luqanskın Rusiyanın tərkibinə daxil olmasını tanımır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian TRT World telekanalına müsahibəsində deyib.

"Biz ikili standartlara can atmırıq. Biz İraq, Suriya, Yəmən, Fələstin və Əfqanıstandakı müharibəyə qarşıyıq. Eyni şəkildə biz Ukraynada müharibəyə və insanların didərgin düşməsinə qarşıyıq. Digər tərəfdən, beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyini tanıyırıq. Bu səbəbdən Tehran və Moskva arasında gözəl münasibətlərə baxmayaraq, Krımın Ukraynadan ayrılmasını tanımırdıq. Biz Luqansk və Donetskin Ukraynadan ayrılmasını tanımırıq”, - deyə XİN rəhbəri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026